“ABŞ Rusiya ilə dialoqa açıq olaraq qalır, Vaşinqton Moskva ilə daha konstruktiv əlaqə qurmaq arzusundadır”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət departamentinin rəsmisi Ketlin Kavalek bildirib.
Ketlin Kavalek bildirib ki, Moskvada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb: “Görüş zamanı kitərəfli münasibətləri müzakirə etdik, onların sabitləşdirilməsinin vacibliyini vurğuladıq. Münasibətlərimizdə yüksəlişlər də, enişlər də olub. Hazırda onlar aşağı səviyyədədir. Lakin ABŞ dialoqa açıq olmaqda davam edir”.
Ketlin Kavalek qeyd edib ki, uzun illər boyu ABŞ-la Rusiya kosmos, biznes və mədəniyyət sahələrində əməkdaşlıq edib: “Birlikdə biz çox şey əldə edə bilərik və ABŞ Rusiya ilə konstruktiv münasibətlərə dönmək istəyir”.