Modern.az

"Azerfon" jurnalistləri təbrik edir! (SİYAHI)

"Azerfon" jurnalistləri təbrik edir! (SİYAHI)

Media

20 İyul 2011, 15:02

AZERFON "Ölkənin inkişafında mobil rabitənin rolu" jurnalist müsabiqəsi çərçivəsində İKT sahəsində çalışan jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi və müsabiqə qaliblərini mükafatlandırdı.

20 İyul 2011-ci il tarixdə Park İnn mehmanxanasında Azerfon MMC-nin dəstəyi, Rabitə və Informasiya Texnologiyalari Nazirliyinin iştiraki, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Ölkənin inkişafında İKT ve Mobil rabitənin rolu” mövzusunda jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində yenilikləri peşəkarcasına işıqlandırdığına görə bir qrup jurnalistə pul mükafatları və sertifikatlar təqdim edildi.

Mükafatlandırma mərasimində çıxış edən Azerfonun Baş İcraçı Direktoru Yurgen Peetz jurnalistləri bir daha milli mətbuat günü münasibətilə təbrik edərək söyləyib: "Müasir dövrdə informasiyaya malik olmaq böyük əhəmiyyət kəsb edir. Məlumatların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında isə jurnalistlərin əvəzsiz rolu vardır. Azerfon şirkətinin təqdim etdiyi məhsul və xidmətlərə olan böyük marağa və mütəmadi olaraq onların işıqlandırılmasına görə jurnalistlərə çox minnətdarıq. Bayramınızı bir daha təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm".

Qaliblər:

1 yer:
Qurban Yaquboğlu

2 yer:
Fərəh Sabirqızı
Gültəkin Knyazqızı

3 yer:
Rəşad Baxşəliyev
Zümrüd Dəmirova
Emil Eyyubov

Həvəsləndirici yerlər:
Nigar Qafarlı
Ramiz Mikayıloğlu
Vuqar Haqverdiyev
Əfsun Sucayev

Qeyd edək ki, müsabiqə nəticəsində 5 qalib seçilmişdir (1-ci yer – 1 nəfər, 2-ci yer -2 nəfər, 3-cü yer – 3 nəfər) və 4 xüsusi mükafat verilmişdir. 1-ci yeri tutan qalib 500 AZN, 2-ci yer sahibləri – 300 AZN, 3-cü yer tutanlar – 200 AZN, xüsusi mükafatların məbləği 100 AZN təşkil etmişdir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi