Modern.az

Səbailin icra başçısı: “Jurnalistlər üçün tikiləcək evin ərazisində ciddi hazırlıq işləri gedir”

Səbailin icra başçısı: “Jurnalistlər üçün tikiləcək evin ərazisində ciddi hazırlıq işləri gedir”

20 İyul 2011, 14:18

“Jurnalistlər üçün tikiləcək evin ərazisində ciddi hazırlıq işlər gedir”. Modern.az bildirir ki, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu gün Milli Mətbuatın 136-cı ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. A.Əsgərov deyib ki, jurnalistlər üçün bina rəhbərlik etdiyi rayonun ərazisində tikiləcək.

Qeyd edək ki, KİVDF rəhbəri Vuqar Səfərli tədbir zamanı jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi avqustdan o tərəfə keçməyəcəyini açıqlayıb.

Müzakirələr və məsləhətləşmələrdən sonra bina ilə bağlı son qərar qəbul edilib. Qərara əsasən, jurnalistlər üçün tikiləcək bina 2 bloklu, 18 mərtəbəli və 154 mənzilli olacaq.  

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı