Modern.az

Nursultan Nazarbayev təcili olaraq Almaniyadakı klinikaya aparılıb

Nursultan Nazarbayev təcili olaraq Almaniyadakı klinikaya aparılıb

20 İyul 2011, 14:34

Qazaxstan prezidenti 71 yaşlı Nursultan Nazarbayev səhhətinin pisləşməsi ilə əlaqadar təcili olaraq Almaniyanın Hamburq–Eppendorf klinikasına gətirilib. Modern.az “Bild” qəzetinə istinadən bildirir ki, güclü mühafizə ilə müşayiət olunan Nazarbayev klinikaya gətirildikdən sonra həkimlər hər hansı şərh verməkdən imtina ediblər.
Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev isə öz bloqunda məsələyə aydınlıq gətirib. “Həqiqətən Nazarbayev Hamburq Unversitetinin UKE klinikasında müalicə olunur. Nursultan Abişeviçə prostat vəzisinin xərçəngi diaqnozu qoyulub. Mən hesab edirəm ki, dövlətin birinci şəxslərinin səhhəti barədə məlumat tibbi sirr ola bilməz. Odur ki hesab edirəm ki, bu diaqnoz elan edilməlidir”-deyə Rahat Əliyev bildirib. 
Son məlumatlara görə, Nazarabayev artıq əməliyyat olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı