Modern.az

Məlahət İbrahimqızı Avronest PA-nın iclasında məruzəçilərə irad tutdu  

Məlahət İbrahimqızı Avronest PA-nın iclasında məruzəçilərə irad tutdu  

13 Fevral 2018, 12:22

Avronest PA-nın Tbilisidə keçirilən iclasının 2-ci günündə bu qurumun Sosial, təhsil, məşğulluq, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri üzrə Komitəsinin həmsədri, Azərbaycan parlamentinin üzvü Məlahət İbrahimqızı sədrlik edib. Müzakirə edilən məsələ qeyri-rəsmi məşğulluq probleminin həll edilməsində fərqli təcrübələrin mübadiləsi olub.

Modern.az xəbər verir ki, müzakirə zamani iclasa sədrlik edən millət vəkili Məlahət İbrahimqızı məşğulluq sahəsində Azərbaycanın çox böyük uğurlar qazanmasına baxmayaraq, məruzəçilərin hesabatda 1999-cu il statistikasındn istifadə etməsinə ciddi irad tutub.

Sonra o, ölkəmizin bu sahə üzrə son 10 ildə gördüyü işləri və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Komitənin iclasında “Vərəmə qarşı qlobal mübarizədə Parlamentlərin rolu: Azərbaycan təcrübəsi” mövzusunda müzakirələr zamanı deputat Sədaqət Vəliyeva Azərbaycan təcrübəsi haqda təqdimat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi