Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov mükafat alıb.
Modern.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları beynəlxalq Elmlər Akademisiyası Mükafat Komitəsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə türk dünyası elminə və təhsilinə ali xidmətlərinə görə Əvəz Ələkbərov Atatürk Beynəlxalq Mükafatına layiq görülüb.
Qeyd edək ki, Əvəz Ələkbərov 1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışıb.