Modern.az

"Binə"dəki valyutadəyişmə məntəqəsindən 16 min manat aparan maskalı şəxs tutuldu

"Binə"dəki valyutadəyişmə məntəqəsindən 16 min manat aparan maskalı şəxs tutuldu

20 İyul 2011, 17:16

"İyulun 14-də maska taxmış naməlum şəxs Qaradağ rayonu "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə hücum edərək odlu silahdan açdığı atəşlə oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçmışdı.
Fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb".
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisəyə dair iyulun 20-də yaydığı yeni birgə məlumatında bildirilib. 

“Qrupun həyata keçirdiyi intensiv və məqsədyönlü tədbirlərlə bu ağır cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulmuşdur. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf etmiş və cinayətin aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirmişdir.             Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi "Steçkin" markalı, darağında 17 patronu olan tapança aşkarlanıb götürülmüşdür”-deyə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisəyə dair birgə məlumatında qeyd edilib.

Bildirilib ki, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqınla bağlı bir neçə gün öncə yaydığı məlumatda basqınçının 50 min manat götürərək hadisə yerindən qaçdığını bildirmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı