Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində yanğın baş verib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Məlumata görə, yanğın yerli vaxtla saat 05:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb.