"Azərbaycanla BMT-nin "Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri" layihəsi sentyabrda Bakıda keçiriləcək hökumətlərarası forumda qəbul edilə bilər”.
Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
O bildirib ki, Azərbaycanda bu yöndə işlər görülür. "İnanırıq ki, Bakı Prinsipləri sənədi bu il qəbul ediləcək".
S. Həsənova qeyd edib ki, yoxsulluğun 10 dəfə azalmasına nail olunması ilə Azərbaycan azsaylı ölkələrdəndir.
"Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət yoxsulluğun azalmasında böyük rol oynayıb. 2003-cü il ilə müqayisə etsək görərik ki, hazırda ölkədə işsizlik səviyyəsi 5 faizə qədər azalıb".