Komitənin ümumi şöbəsinin müdiri Muradova Viktoriya Eduardovna və statistika işlərinin əlaqələndirməsi şöbəsinin keçmiş sektor müdiri Məmmədova İnna Məmməd qızı haqqında Modern.az saytına daxil olan məlumat təkzib olundu.
Bu gün redaksiyamıza Dövlət Statistika Komitəsindən məktub daxil olub. Komitə sədrinin müavini Rauf Səlimovun adından daxil olan məktubda saytımızda dərc olunan yazıda yanlışlıq olduğu qeyd edilib.
Bildirilib ki, komitənin ümumi şöbəsinin müdiri Muradova Viktoriya Eduardovna və statistika işlərinin əlaqələndirməsi şöbəsinin keçmiş sektor müdiri Məmmədova İnna Məmməd qızı haqqında Modern.az saytına daxil olan məlumat həqiqətəuyğun deyil. “Həmin şəxslərin erməni milləti ilə heç bir əlaqəsi yoxdur”.
Modern.az saytının şifahi sorğusunu cavablandıran sədr müavini onu da qeyd edib ki, adları çəkilən şəxslər azərbaycanlıdırlar. Nə əvvəl, nə də indi onların nəslində erməni milliyətindən şəxslər olmayıb.
Modern.az