Modern.az

Qətər əmiri hər kəsi təəccübləndirdi - FOTO

Qətər əmiri hər kəsi təəccübləndirdi - FOTO

14 Fevral 2018, 12:44

Qətər əmiri Körfəz ölkələri liderləri arasında bir ilkə imza atıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani Milli İdman günündə İnstagram hesabı açıb. Bununla da Körfəz ölkələri liderləri arasında bir ilkə imza atıb. Qətər əmiri Milli İdman Günü münasibətilə bir qrup gənclə Doha küçələrində velosiped yarışına çıxıb. Daha sonra isə çəkilən şəkilləri “instagram” hesabından paylaşıb.

Qeyd edək ki, Qətər başçısının hesabı açmasından qısa müddət sonra 54000 nəfər onu izləməyə başlayıb. Paylaşımları isə 36000-dən çox izləyici tərəfindən bəyənilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU