Modern.az

Sürüşmə zonasındakı araşdırmanın nəticələri Nazirlər Kabinetinə göndərildi  

Sürüşmə zonasındakı araşdırmanın nəticələri Nazirlər Kabinetinə göndərildi   

14 Fevral 2018, 13:04

Bayılda aparılan araşdırmalar, buruq-qazma, tomoqrafik işlər, laborator müayinələrin yekun nəticələr fevralın 13-də Nazirlər Kabinetinə təqdim edilib.

 

Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

 

Ə.Qaralov deyib ki, hazırda Bayıl sürüşmə zonası aktiv fazadadır:

 

“Aparılan araşdırmaların nəticəsinə Nazirlər Kabinetində baxılacaq və müvafiq qərar qəbul olunacaq”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, ərazidə hər hansı infrastruktur salınması yolverilməzdir:

 

“Ərazidə 30 metrlik yarğanlar əmələ gəlib, aktivlik hələ də davam edir. Ümumiyyətlə, Bayıl yamacını yükləmək, orada tikinti aparmaq bir dəfəlik qadağan olunmalıdır. Ərazi qorunmalıdır”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi