Modern.az

Nissan Qashqai milyonçular sırasına qoşuldu

Nissan Qashqai milyonçular sırasına qoşuldu

20 İyul 2011, 19:47

Krossoverin qısa zaman ərzində milyonuncu nüsxəsi istehsal olundu.


İngiltərənin Sanderlend şəhərində yerləşən Nissan zavodunun əməkdaşları bir milyonuncu Nissan Qashqai avtomobilinin istehsalının sevincini yaşayıblar. Qeyd edək ki, Qashqai modelinin istehsal xətti 5 dekabr 2006-cı ildə istifadəyə buraxılıb. Cəmi 4 il, 6 ay və 23 gündən sonra Qashqai modelinin milyonuncu nüsxəsi istehsal olundu. İngiltərənin avtomobil tarixində heç bir model belə qısa zaman ərzində milyonuncu nüsxəyə çata bilməyib.

Nissanın İngiltərədəki zavodunun vitse-prezidenti Kevin Fitzpatrik Qashqai modelinin uğurunu şərh edərkən bunları deyib: “Nissan Qashqai istehsala başladığı 4 il yarım müddət ərzində fenomenal uğur əldə etdi. Qashqai qısa zaman ərzində bir milyonuncu nüsxəyə çatan əsl krossoverdir. Bu uğurun əldə olunmasında təkcə Sanderlend zavodunun əməkdaşlarının rolu olmayıb. Həmçinin dizaynerlər, mühəndislər belə möhtəşəm avtomobil yaradıblar və bütün dünya üzrə diler şəbəkəmiz vasitəsi ilə Qashqai tələbləri üstələyib”.

Nissanın Orta Şərq üzrə brend meneceri Abdullah Vazni isə bunları deyib: “Nissan Qashqai cəlbedici dizayn, sedan komfortu və SUV statusunu özündə birləşdirən avtomobildir və bütün bunları bir yerdə tələb edən alıcıların əsas seçimidir. Qashqai Nissanın Avropa Dizayn mərkəzinin təqdim etdiyi ilk modeldir. İstehsala başladığı vaxtdan ilkin sifarişləri ilə gözlənildiyindən artıq maraqla qarşılandı”. 

Hazırda Nissan zavodunda gün ərzində 1200 ədəd Qashqai istehsal olunur. Avtomobillərin 80 faizi dünyanın 97 ölkəsində satılır.

Qashqai İngiltərənin ən çox satılan 10 avtomobili sırasına daxil olub. Avropada C seqmentində ən çox satılan 4-cü modeldir.

Nissan Qashqai gözoxşayan interyeri və eksteryeri ilə fərqlənir. Onun aqressiv və idman üslublu dizaynı diqqət çəkir. Nissan Qashqai Azərbaycana 2,0 litr həcmli 142 at gücünə malik mühərriklə və CVT transmissiya ilə təchiz olunmuş versiyada idxal olunur.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

NISSAN   getdiyin yolları_DƏYİŞ
Əlavə məlumat üçün ünvanlar və telefonlar:

Poçt indeksi: AZ 1029
Ünvanlar:     Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2, Xoyski pr., 104A
Telefonlar:   (+994 12) 448 38 38, 430 81 41, 448 37 37 
Faks:              (+994 12) 447 46 87                 
                       Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon:        (+994 22) 56 57 00
                       Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon:        (+994 44) 277 13 97
                       Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon:        (+994 25) 4 24 18
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı