Modern.az

ABŞ Suriyada rus muzdlularını belə məhv edib - FOTOLAR

ABŞ Suriyada rus muzdlularını belə məhv edib - FOTOLAR

14 Fevral 2018, 15:44

CNN “rus muzdluları”na endirilmiş zərbələrin görüntülərini yayımlayıb.

 

Modern.az xəbər verir ki, CNN telekanalı Beynəlxalq Koalisiyanın fevralın 7-də Suriyanın şimalına endirilmiş artileriya zərbələrinin görüntülərini yayımlayıb. Açıqlamada artileriya zərbələri zamanı 100 nəfərin həlak olduğu bildirilir. Ölənlərin arasında rus muzdlularından ibartə “Vaqner” özək hərbi şirkətinin döyüşçülərinin olduğu da bildirilir.

 

Qeyd edək ki, bu barədə bir çox infomasiya mənbələrində məlumat təqdim olunub. Firat çayı vadisində artileriya zərbələri zamanı ölənlərin arasında rus muzdlularının da ola biləcəyini keçən həftə CBS telekanalı açıqlayıb. Eyni zamanda “Blomberg” agentliyi də fevralın 13-də bu barədə xəbər verib. Hadisədən sonra “Conflict Intelligence Team” zərbələr zamanı öldürülmüş 4 rus hərbçisinin adlarını açıqladı.

“Vaqner”in keçmiş üzvünün “Kommersant” qəzetinə açıqlamasında rus hərbçilərinin neft yatağını ələ keçirmək üçün keçirilən əməliyyat zamanı qarşı tərəfin artileriya zərbələri nəticəsində öldüklərini bildirib.

Belə ki, həmin gün Suriyanın yerli tayfalarından hazırlanmış “İşıd ovçuları” adı qazanmış dəstələr rus muzdluları ilə birgə Deyr -Əz-Zor ərazisində kürd silahlılarının əlində olan neft yataqlarını ələ keçirmək üçün əməliyyat keçiriblər. Hər şey artilleriya zərbələrindən sonra, rusların sürətli hücumla zavodu ələ keçirməklərinə hesablanıbmış.

Qeyd edək ki, “Vaqner ” şirkətinə ehtiyatda olan polkovnik Dmitriy Utkin başçılıq edir.

“Kommersant” qəzetinin açıqlamasında ölən rus hərbçilərinin sayı 11 nəfər qeyd olunub. Rusiya tərəfi isə bütün bunları dezinformasiya və qərb tərəfinin oyunu adlandırır.

Dünən fevralın 13-də jurnalistlərə açıqlamasında rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov suriyada Rusiya Federasiya Hərbi Qüvvələrindən başqa suriya ordusu tərəfdən savaşan rus vətəndaşlaırının olması ilə bağlı heç bir informasiyaya sahib olmadıqlarını bildirib. Onun sözlərinə görə hal-hazırda həmin ərazidə yəni, Dəyrəz-zor ərazisində heç bir rus hərbçisi xidmət keçmir.

Görüntülərdə bir neçə T-72 tanklarının və canlı qüvvənin dəqiq artileriya zərbələri ilə məhv edilməsi diqqət çəkir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU