Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-18 dərəcə isti, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında zəif küləklər üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Modern.az