Modern.az

Polis bir gündə 68 nəfəri TUTDU

Polis bir gündə 68 nəfəri TUTDU

15 Fevral 2018, 08:49

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bildirilir ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi