Modern.az

QMİ Quba məzarlığının torpağa basdırılmasına belə reaksiya verdi…

QMİ Quba məzarlığının torpağa basdırılmasına belə reaksiya verdi…

15 Fevral 2018, 08:58

Xəbər verdiyimiz kimi Quba məzarlığı torpağın altına basdırılıb.  Bu proses müsəlman adət-ənənələrinə uyğun olub. Eyni zamanda Quba memorial kompleksinin yerində 31 marta kimi Soyqırımı abidəsi ucaldılacaq.

 

Bundan öncə məzarlıqdakı sümüklər aşkar şəkildə nümayiş etdirilirdi. Artıq 12 ildir ki, vəziyyət belə idi.

 

Maraqlıdır, Quba məzarlığındakı sümüklərin basdırılmaması, sümüklərin nümayişi İslam dininin qaydalarına cavab verirdimi?

 

Bununla bağlı “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az saytına açıqlama verib:

 

“Dini baxımdan insan dünyasını dəyişdikdən  sonra onun  yuyulması, kəfənə bükülməsi, meyit namazı qılınandan sonra dəfn edilməsi vacibdir.

 

Qəbirin açılmasına da dinimiz icazə vermir. Yalnız zəruri səbəb olarsa, bu, mümkündür. Məsələn, istintaq araşdırması ola bilər yaxud insanın dəfn olunduğu torpaq kiməsə məxsus olur - o halda qəbir götürülə bilər. Yalnız sadaladığım bu kimi hallarda qəbirin açılması mümkündür. Digər tərəfdən əgər uzun müddət keçib və qəbirdə olan meyit tam aradan çıxıbsa, o qəbirin açılmasına dinimiz icazə verir. O halda ki cəsədin kimliyi bəlli deyil və  yoxa çıxıb”.

 

Müsahibimiz qeyd edib ki, Quba məzarlığındakı sümüklərin açıqda qalması istisna hal hesab edilə bilər:

 

“Çünki artıq hadisələrin üstündən həddindən artıq vaxt keçib və cəsədlərdən əsər-əlamət qalmayıb. Həmin sümüklər də qazıntılar zamanı aşkar olunub. Lakin hazırda Quba məzarlığı müsəlman adət-ənənələrinə görə dəfn olunub. Bu da məqbul hesab edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi