Modern.az

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfransın vaxtı dəyişdirildi

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfransın vaxtı dəyişdirildi

15 Fevral 2018, 09:52

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfransın vaxtı dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilov bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq konfrans aprelin 25-dən 29-dək Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 

O bildirib: "Beynəlxalq konfransın “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək. Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq.

 

Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 28-dək təşkilat komitəsinə göndərilməlidir". Xatırladaq ki, bundan əvvəl beynəlxalq konfransın aprelin 11-15-də keçirilməsi nəzərdə tutulmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi