Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
Rəsmi məlumata görə, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.