Modern.az

Müsavatdan Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA: “Milli Şura səbəb deyil”

Müsavatdan Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA: “Milli Şura səbəb deyil”

15 Fevral 2018, 13:25

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb. Buna səbəb kimi  T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az saytına açıqlamasında bildirib ki, qeyd edilən səbəblərin heç bir əsası yoxdur:

“Tofiq Yaqublunun  Müsavat Partiyasından  uzaqlaşdırılması haqqında heç bir qərar yoxdur. Kimsə bu cür fikirlər səsləndirirsə, böyük yanlışlığa yol verir. Tofiq bəy sadəcə başqan müavinliyi vəzifəsindən azad olunub. O  hələ də Müsavat Partiyasının və partiya Divanının üzvü olaraq qalmaqdadır.

Digər tərəfdən, onun başqan müavini vəzifəsindən uzaqlaşdırılmasını Milli Şura ilə bağlayırlar. Fikirlər səslənir ki, Tofiq Yaqublu  paralel olaraq Milli Şuranın üzvü olduğu üçün belə addım atılıb. Qeyd etmək istəyirəm ki, bütün bu düşüncələr həqiqətə uyğun deyil və yanlış mövqedir. Tofiq bəyin başqan müavinliyindən azad olunması başqanın səlahiyyətləri daxilindədir.

Bununla əlaqəli Arif Hacılı da bildirib ki, başqan müavini konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutan görəvdir və Tofiq Yaqublu başqan müavini kimi bu funksiyalarının həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib. Bu səbəbdən əlavə bəhanə axtarmağa ehtiyac yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi