Modern.az

Milli Turizm Təbliğat Bürosu öz saytını açdı  

Milli Turizm Təbliğat Bürosu öz saytını açdı  

15 Fevral 2018, 14:03

Milli Turizm Təbliğat Bürosunun rəsmi www.ntpb.az internet səhifəsi istifadəyə verilib.

Modern.az xəbər verir ki, sayt büronun fəaliyyətini xəbərlər bölməsində geniş şəkildə işıqlandırır. İnteraktivliyi ilə seçilən saytda ölkəmizdə baş tutacaq önəmli turizm tədbirlərinin siyahısı qeyd olunur.

Bundan əlavə internet istifadəçiləri şəkil və video qalereyaya nəzər yetirə bilər. Burada Büronun iştirakı ilə baş tutmuş tədbirlərin və fəaliyyətlərin qısa video təqdimatları yerləşdirilir. Ölkə turizminin statistik məlumatları da saytda öz əksini tapıb.

İnternet səhifəsində Milli Turizm Təbliğat Bürosunun nəzarətində olan Salambaku.travel və Azerbaijan.travel saytlarına və eləcə də, aylıq nəşr Baku Guide jurnalına keçidlər mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi