Modern.az

Nokia Bakıda EVOLUTION konsepsiyasına uyğun mağaza açdı (FOTO)

Nokia Bakıda EVOLUTION konsepsiyasına uyğun mağaza açdı (FOTO)

Təhsil

21 İyul 2011, 12:50

Nokia öz rəsmi distribyutoru olan MobiTel şirkəti ilə birgə dünən Bakı şəhərində Azərbaycanda ilk dəfə olaraq EVOLUTION konsepsiyasında yenilənmiş Nokia salonunu təqdim etdi. Salon yenə həmin məkanda - Füzuli küçəsi, 49 ünvanında yerləşir.

Orijinal, keyfiyyətli və sertifikatlaşdırılmış Nokia məhsulunu əldə etmək istəyən bütün istifadəçilər ən son model smartfon və telefonları, standart yükləyiciləri və avtomobil üçün cihazları, USB-naqilləri, mini-qarnituraları və başqa aksessuarları şəhərin mərkəzindəki bu yeni «Nokia» salonundan ala bilərlər. «Nokia» salonundan hər bir qiymət seqmentinə uyğun cihaz və aksessuarları alanda istifadəçi əmin ola bilər ki, bunun müqabilində sertifikatlaşdırılmış keyfiyyətli məhsul əldə edəcək və «MobiTel» zəmanət talonu ilə zəmanət müddətində və müddətindən sonra yüksək keyfiyyətli texniki xidmətlə təmin olunacaq.

EVOLUTION konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, mağazaya daxil olan hər bir istifadəçi Nokia məhsul və xidmətlərini, məsələn, Nokia proqram əlavələri mağazasından yüklənə bilən ayrı-ayrı proqramları, Nokia xəritələrini,  Mail for Exchange  poçt imkanını və digər xidmətləri özü sınaqdan keçirə biləcək. Salon bir neçə tematik nümayiş zonalarına  bölünür. Geniş ekranlarla təchiz edilmiş bu nümayiş zonaları əsas Nokia xidmətlərinin - Nokia proqram əlavələri mağazası, elektron poçt, musiqi, Nokia xəritələri, sosial şəbəkələr və digərlərinin nümayiş olunmasına uyğun şəkildə təşkil olunub. Salonun əməkdaşları hər zaman tələb olunan telefon, aksessuar və proqram əlavəsi barədə məlumat verəcək və istənilən xidməti seçməyə və qurmağa yardımçı olacaqlar. Həmçinin istifadəçilər bu xidmətləri yerindəcə aktivləşləşdirə və yeniləşdirə biləcəklər.

Cənubi MDB ölkələri üzrə Nokia rəhbəri Karel Holub yeni EVO salonunun açılması ilə bağlı bunları bildirib: “Bakıda yenidən qurulmuş «Nokia» mağazası istifadəçilərin ən son mobil yeniliklər barədə xəbərdar olması və özlərinə münasib seçim etməsi üçün misilsiz bir məkandır. Azərbaycanda mobil telefon və smartfonlardan internetə qoşulmaq imkanları genişlənir və «Nokia» proqram əlavələri Mağazası kimi «Nokia» xidmətlərinə tələbat daha da artır. Buna sübut «Nokia2proqram əlavələri Mağazasının Azərbaycanda tanınması sürətidir: Cənubi MDB dövlətlərində Mağaza işə salınandan sonra Azərbaycandakı istifadəçilər 1.5 mln kontent yükləmişlər və bu göstərici günbəgün artmaqdadır”.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı