Modern.az

Azərbaycanın xarici dövlət borcu təhlükəli həddə çatıbmı? - Deputat AYDINLIQ GƏTİRDİ  

Azərbaycanın xarici dövlət borcu təhlükəli həddə çatıbmı? - Deputat AYDINLIQ GƏTİRDİ   

15 Fevral 2018, 14:52

Maliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, 2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. 


Xarici dövlət borcu hansı həddə təhlükəli hesab edilir?


Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 22.8 faiz, strateji valyuya ehtiyatlarına nisbəti isə 20 faiz təşkil edir:

“Dünya ölkələri ilə müqayisədə bu nisbət çox kiçikdir. Əksər ölkələrdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 100 faizə yaxındır. Dövlət borcuna xidmətlər büdcə gəlirlərinin 11.2 faizini təşkil edir ki, Beynəlxalq Valyuta Fondunun normaları 25-35 faiz həddindədir. Daxili borc ÜDM-in 1.1faizini təşkil edir ki, adətən bu rəqəm digər ölkələrdə 20-30 faiz həcmində olur”.

Deputat qeyd edib ki, bu göstəricilərə əsasən, Azərbaycanın xarici dövlət borcu iqtisadi cəhətdən qəbul olunmuş normalardan çox aşağıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi