Rusiya Suriyada ABŞ-ın hava zərbələri zamanı 5 vətəndaşının həlak olduğunu etiraf edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Mariya Zaxarova ənənəvi brifinqində deyib.
“İlkin məlumatlarımıza görə, baş vermə şəraiti tam məlum olmayan döyüş zamanı 5 Rusiya vətəndaşı həlak olub . Bir daha qeyd etmək istəyirəm ki, söhbət Rusiya hərbçilərindən getmir”.