Modern.az

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin icrasındakı irəliləyişdən razıdır

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin icrasındakı irəliləyişdən razıdır

15 Fevral 2018, 20:17

“ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsindəki irəliləyişdən razıdır. Biz həmişə Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün səylərini dəstəkləyirik”. Modern.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio bildirib.

 

ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Avropanın enerji təchizatını şaxələndirmək cəhdləri güclü Avropanın mövcudluğunu təmin etmək üçün vacibdir: "Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz bu tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi