Modern.az

Anasına əsəbləşən oğul maşınını yandırdı

Anasına əsəbləşən oğul maşınını yandırdı

Aktual

15 Fevral 2018, 20:43

Daşkəsən rayon sakini avtomobilini yandırıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus "VAZ-2106" markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbiləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi