Modern.az

Cəlilabadda 20 yaşlı gənc döyülüb

Cəlilabadda 20 yaşlı gənc döyülüb

Aktual

15 Fevral 2018, 22:33

Cəlilabadda döyülmə hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov küçəsinin sakini, 1998-ci il təvəllüdlü Quliyev Yusif Tofiq oğlu döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Y. Quliyevin dediyinə görə, onu tanıdığı şəxslər döyüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi