Modern.az

Afrində terrorçuların sığındığı ərazilər bombalandı

Afrində terrorçuların sığındığı ərazilər bombalandı

Dünya

15 Fevral 2018, 22:47

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün də Afrin bölgəsində Darmık dağı ətrafında terrorçuların müəyyən edilən yeni mövqelərinə aviazərbələr endirilib. Həmçinin, ərazi "Fırtına" topları və tanklarla hədəf alınıb. Bombalanan ərazilər Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilisin bəzi kəndlərindən də görünüb.

Məlumata görə, əraziyə xeyli hərbi texnika da cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU