Modern.az

Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycan nefti cüzi bahalaşdı

15 Fevral 2018, 23:14

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,01 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 14-də 59,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 14-də 62,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi