Modern.az

Yevlaxdakı qəzada ana və 8 yaşlı qızı yaralandı

Yevlaxdakı qəzada ana və 8 yaşlı qızı yaralandı

16 Fevral 2018, 00:56

Yevlax rayonunda yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-2109" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Goranboy rayonu, Xanqərvənd kənd sakinləri - sürücü Sabit Abbasov, sərnişini, 1987-ci il təvəllüdlü Arzu İsmail qızı Abbasova və onun 8 yaşlı qızı Tutu Abbaslı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücünün vəziyyəti normal olduğundan xəstəxanaya müraciət etməyib. Lakin sərnişinləri Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi