Modern.az

Bakıda sevgilisindən ayrılan yeniyetmə qız özünü asdı

Bakıda sevgilisindən ayrılan yeniyetmə qız özünü asdı

16 Fevral 2018, 09:11

Yasamal rayonunda intihar hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O, sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb. 

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi