Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) jurnalistlər üçün müsabiqə elan edəcək. Modern.az-ın xəbərinə görə, müsabiqə barədə məlumat verən AHİK sədri, deputat Səttar Mehbalıyev bildirib ki, bu məqsədlə media orqanlarının nümayəndələrinin təmsil olunacağı təşkilat komitəsi yaradılacaq:
«Müsabiqəyə həmkarlar ittfaqlarının fəaliyyəti, həmkarlar hərəkatı barədə yazılar qəbul ediləcək. Bu sahədə ən yaxşı üç yazı birinci yerə layiq görülərək onların hər biri 1000 manat pulla mükafatlandırılacaq. Digər yerləri tutan jurnalistlər də müvafiq olaraq 800 və 500 manat məbləğində pul mükafatına layiq görüləcəklər. Müsabiqənin cari ilin sonuna qədər başa çatması nəzərdə tutulur».
Modern.az