“Azərbaycanın dövlət siyasəti biz jurnalistləri qane edir. Biz də bu məsələyə biganə qalmayaraq, dövlətin və dövlətçiliyin tərənnümü, sosial və iqtisadi tərəqqinin, abadlıq və quruculuq işlərinin dəstəklənməsində öz töhfəmizi verəcəyik”.
Modern.az-ın xəbərinə görə, bunu deyən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, Azərbayücan müstəqillik əldə etdikdən sonra milli mətbuat şərəfli bir yol keçib:
“Bu müddət ərzində mətbuat bir sıra mərhələdən keçməli olub. Belə ki, ölkədə senzura ləğv edilib, mətbuat dövlət nəzarətindən çıxarılıb, Azərbaüycan Mətbuat Şurası yaradılıb, KİV-in inkişafı ilə bağlı Konsepsiya qəbul edilib, Kütləvi İnformasiya Vasitələrinin İmkişafına Dövlət Dəstəyi Fondu təşkil olunub. Hazıda Fond KİV-in inkişafına öz töhfəsini verməkdə davam edir. Bu məqsədlə müxtəlif layihələrə vəsait ayrırır, fərdi jurnalistlər üçün müsabiqələr təşkil edir. Ümumilikdə deyə bilərik ki, dövlətin siyasəti biz jurnalistləri qane edir”.
Modern.az