“Neftçi” klubunda istefa baş verib.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti Orxan Hüseynzadə vəzifəsindən uzaqlaşıb. Onun şəxsi istəyi ilə tutduğu postdan ayrıldığı bildirilib. O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Nəticədə prezidentin istefası qəbul olunub.
Qeyd edək ki, Orxan Hüseynzadə ötən il iyulun 6-da “Neftçi”nin prezidenti təyin olunub.