“Türkiyənin NATO-dan çıxması tamamilə real görünür. Türkiyənin Afrin hərəkatı Suriyanın şimalındakı amerikalı hərbi ekspertlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, Türkiyə Rusiyadan S-400 müdafiə sistemləri satın alıb. Bu, NATO-nun sisteminə fərqli ünsürün qatılması anlamına gəlir”. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Konstantin Sivkov bildirib.
Konstantin Sivkov bildirib ki, Türkiyənin NATO-dan çıxması real ssenari kimi görünə bilər: “Bəs, Türkiyənin itirilməsi nə anlama gəlir? NATO üçün bu cənub qanadın tamamilə itirilməsi və Rusiyanın Aralıq dənizinə daxil olması deməkdir. Vaxtilə Türkiyə ABŞ-ın VI donanmasını vura biləcək Rusiyanın ağır hərbi donanmasının qarşısını almışdı”.