Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə keçirilən 54-cü Təhlükəsizlik Konfransında Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Poroşenko rəsmi Moskvanın yürütdüyü siyasəti tənqid edib, onu demokratiyanı dağıtmaqda suçlayıb:
“Bu gün Moskvanın siyasətində ədalət yoxdur. Ona görə də Rusiya bayrağı Qış Olimpiya Oyunlarında da dalğalanmır", -Poroşenko bildirib