Modern.az

Azərbaycanlı deputatlar Rusiyadakı seçkiqabağı vəziyyəti izləyəcəklər  

Azərbaycanlı deputatlar Rusiyadakı seçkiqabağı vəziyyəti izləyəcəklər   

17 Fevral 2018, 15:32

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, deputatlar Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən  təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi