Helikopter qəzasında həlak olanların sayı 13 nəfərə çatıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, içərisində Meksika daxili işlər naziri və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğradığı yerdə 12 nəfərin cəsədi tapılıb. Daha bir nərə isə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Onlardan heç biri xəsarət almayıb.
Bildirilir ki, pilot təxminən 30 metr hündürlükdə idarəetməni itirib və nəticədə helikopter avtomobilin üzərinə düşüb.