Modern.az

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

17 Fevral 2018, 20:14

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək