Modern.az

Həbsxanadan 10 məhkum qaçdı

Həbsxanadan 10 məhkum qaçdı

17 Fevral 2018, 21:43

Əfqanıstanda məhbuslar həbsxanadan qaçıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vərdək vilayətinin Maydan mahalında baş verib. Həmin ərazidəki cəzaçəkmə müəssisəsindən 10 məhbus qaçıb.

 

Məlumata görə, həbsxanadan qaçanlardan ikisi radikal Taliban hərəkatının terrorçusu olub. Digər səkkiz nəfər isə narkotik qaçaqmalçısıdır. Bu barədə əyalət qubernatorunun mətbuat katibi Əbdülrəhman Manqal televiziya kanalına bildirib.

 

Onun sözlərinə görə, hadisəni mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən yaradılan iki xüsusi komissiya araşdırmağa başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU