Modern.az

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Uşaq bağçasında  87 uşaq zəhərləndi

17 Fevral 2018, 22:26

Moskva şəhərinin uşaq bağçalarından birində valideynlər 87 uşağın zəhərləndiyini bildiriblər. Modern.az "Report"a istinadən xəbər verir ki,  uşaqlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər.

 

"Nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Kəskin əlamətlər – qusma, qarı ağrısı, bəzilərində qızdırma. Hamı uşağını götürməyə getdi. Mənim uşağımın vəziyyəti axşamtərəfi pisləşdi – hərarəti 39,5 dərəcəyə qalxdı", - deyə uşaqlardan birinin anası danışıb.

 

Onun sözlərinə görə, poliklinikada zəhərlənmiş uşaqların analizlərindən ibarət 80 banka toplanıb.

 

Valideyn bildirib ki, beş uşaq təcili xəstəxanaya yerləşdirilib. Böyüklər baş verən hadisədə uşaqlara yemək gətirən qida kombinatını şübhəli bilirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU