Modern.az

Tramp Federal Təhqiqatlar Bürosunu ittiham etdi

Tramp Federal Təhqiqatlar Bürosunu ittiham etdi

Aktual

18 Fevral 2018, 10:36

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Florida qətliamında Federal Təhqiqatlar Bürosunu (FTB) günahlandırıb.

 

Modern.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Tramp bildirin ki, FTB Rusiyanın ABŞ-dakı prezident seçkilərinə ehtimal olunan müdaxiləsinə dair araşdırmalara həddinən artıq çox vaxt sərf edib və beləliklədə “Florida qatili” barədə daxil olan məlumatlara önəm verməyib.

 

"FTB-in Florida qatili barədə daxil olan bir çox siqnalları qaçırması çox üzücüdür. Bu qəbuledilməzdir. Onlar Rusiya ilə gizli sövdələşmənin mövcüdluğunu sübuta yetirmək cəhdlərinə həddindən artıq çox vaxt sərf edirlər", - deyə, Donald Tramp özünün Twitter hesabında yazıb.

 

Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi