Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanovun müşayiəti ilə 9 nəfərdən ibarət nümayəndə heyəti 09-16 fevral 2018-ci il tarixlərində Kayseri şəhərində səfərdə olub.
09 fevral tarixində İstanbula gələn nümayəndə heyəti burada şəhərin görməli yerlərinə qısa ekskursiya etmiş, sonra Kayseriyə yola düşüblər.
Kayseri Gənclik Hizmetleri ve Spor İl Müdürlüyü Erciyes Kamp ve Eyitim Mərkəzinə gələn layihə iştirakçılarını burada Türkiyə Cümhuriyyəti Genclik ve Spor Bakanlığı Genclik Hızmetleri Genel Müdürlüyü Genclik çalışmaları Dairəsinin rəhbəri Emrah Barındırır, Kayseri Genclik Merkezinın rəhbəri Ali Karagoz, Kayseri Genclik lideri Ali Karaderili qarşılayıblar.
Səfərin birinci və ikinci günündə iştirakçılar Kayseri Genclik Merkezi, Milli Mücadilə Muzeyi (Kayseri liseyi), Gevher Nesibe Xəstəxanası (Selcuqlu Uygarlığı Muzeyi), Memar Sinan Məhəlləsi – Memar Sinanın doğulduğu ev, Ağırnas Yeraltı şəhəri, şəhid məzarlığı, o cümlədən 2016-cı il 15 iyul şəhidi Cennet Yigitin məzarı və xatirə evi ilə tanış olmuşlar. Kayserispor – Sivasspor futbol qarşılaşmasını izləyiblər.
Səfərin növbəti günlərində iştirakçılar Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsinin müdürü Murat Eskici, Kayseri Valisi Süleyman Kamcı, Kayseri Boyükşəhər Bələdiyyə başqanı Mustafa Celik, Kayseri müftisi dosent Şahin Guven, Talas kaymakamı Zekeriyya Güneyle gorüşüblər.
Görüşlər zamanı iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi ücün bu cür layihələrın həyata keçirilməsinin önəmindən danışıblar.
Layihənin gedişatında iştirakçılar Türkiyənin məşhur turizm bölgələrindən biri olan Nevşehir, Kappadokiyaya ekskursiya etmişlər. Səfərin sonuncu günü gənclərə Erciyes Kamp ve Eyitim Mərkəzinin mütəxəssisləri tərəfindən xizək sürmək öyrədilmişdir. Türkiyəyə səfərln yekununda ümumilikdə layihənin icrası nəzərdən keçirilmiş, bu layihənin hər iki ölkənin gəncliyinə böyük hədiyyə olduğu vurğulanmış, gələcəkdə də davam etdiriıməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.-ci maddəsinin (Gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi) icrası, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin gələcək nəsillərə sağlam şəkildə çatdırılması, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi, gənclər siyasəti sahəsində görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcəkdə birlikdə həyata keçiriləcək layihələrin müzakirə edilməsidir.