Modern.az

Ah, qadınlar, qadınlar...

Ah, qadınlar, qadınlar...

25 Noyabr 2009, 13:54

AĞ DƏRİLİ KİŞİLƏRİN HEKAYƏSİ

Bir gün götürüb internetdə öz səhifəmi yaratdım və bloqda belə bir sorğu qoydum: «Qadından qorxmaq lazımdı, yoxsa ona hörmət eləməliyik?». Bir də onda gördüm ki, qadınlar mənim səhifəmi dağıdırlar. Biri yazır, əlbəttə, qadından qorxmaq lazımdır, o biri deyir qadından həm qorxmaq, həm də hörmət eləmək lazımdır, digəri də dünən yazıb ki, qadını sevmək lazımdır, onlar yazıqdırlar, kişilər onları atır evdə, özləri də çıxıb harasa gedirlər, adın da qoyurlar, iş dalınca gedir. O gün bir xanım da yazıb ki, qadınlar mələkdi, gərək onları sevəsən, əzizləyəsən. Sonra da qeyd edir ki, elə o, da mələkdi, amma bir ildi ailə qurub, uşağı olmur, əri onu sevib-əzizləmir. Oturub fikirləşdim ki, deyəsən bu qadınlar elə bilirlər ki, mən qadın məsləhətxanasında işləyirəm, ya da nəsə məni görücü, falçı hesab eləyirlər. Ona görə də qərara gəldim ki, bu yazını tamamlayan kimi həmin sorğunu bloqumdan silim, yoxsa axırda arvad-uşaq məsələləri üzrə ekspert olacağam.

Belə baxanda, bəzən kişilərlə iş görməkdənsə, qadınlarla çalışmaq daha sərfəlidir. Kişilərlə iş görəndə gərək gözün açıq ola, yoxsa, kim olur-olsun, imkan düşən kimi sənə «atacaq». Amma qadın belə deyil, qadın uzaq başı kişinin kefinin saz vaxtında qılığa girəcək ki, mənə ya şuba al, ya “platya”, ya da ayaqqabı.

Deyirlər, qadın böyük qüvvədi, qadın var kişini ucaldar, qadın da var kişini batırar. Kişini batıran qadınlar o qadınlardır ki, kişilər onlardan uzaq qaçır, evə gələndə arvadı söyüb, abırdan salır, nə “platya” alır, nə şuba, nə də ayaqqabı. Hələ üstəlik, belə kişilər arvadının, uşağının çörəkpulunu, paltar pulunu götürüb, başqa qadınlara xərcələyir. İndi yazıq qadın belə kişini neçə ucaltsın? Beləsini lap “balota”da batırmaq lazımdır. Yaxşı söz sahibi olan Aqil Abbas düz deyir ki, uşağının ayaqqabısının pulunu əxlaqsız qadınlara xərcləyən kişi biqeyrətin yekəsidir.

Bir dəfə də öz bloqumda yazmışdım: «Ah, qadınlar, qadınlar...». Xanımlardan biri mənə cavab vermişdi: «Nə var əəə?». Başqası da yazmışdı ki, kişilər qadınlar olmadan heç nədir. Oturub quyunun dibində (başqa yerdə imkan olmur) dərindən fikirləşəndə gördüm ki, kişinin qızı düz deyir dəəə... Axı hər yaxşı, uğur qazanan kişinin arxasında bir gözəgörünməz qüvvə var, o da QADINdır. Qadınlar haqqında çox söz demək olar. Qadın kişilərin başının tacıdır, amma qadın yıxan evi, heç fələk də tikə bilməz. Yuvanı quran qadın olur, ama yıxan da elə odur. Qadınları mən bəzən qurşaqdan aşağası iblis olan mələyə də bənzədirəm. Kişilər gərək çalışsın ki, qadınları bu səviyyəyə çatdırmasın.

Bəlkə də dünyanı qadınlar idarə etsəydi, indi dünya bu günə qalmazdı, müharibələr olmazdı, nahaq qanlar axmazdı. Baxın, Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı heç kim qura bilmirdi. Amma Amerikanın dövlət katibi Hillari xanım Klinton özü gəlib bu məsələni həll elədi.

Bir Amerika filmində maraqlı dialoq var. Ağdərili kişi öz qaradərili dostu ilə sohbət eləyəndə deyir ki, yaxın vaxtlarda ağdərililərlə qaradərili vətəndaşlar arasında müharibə olacaq. Qaradərili ağdərilidən soruşur ki, müharibə başlasa, o, kimin tərəfində olacaq? Ağdərili də cavab verir ki, onun arvadı qaradərili idi, onu ağdərili bir oğru qətlə yetirdi: “İndi mən bilmirəm nə edim; qaradərililərə qarşı vuruşum, yoxsa ağdərililərə qarşı...”

 

P.S. Azərbaycanda bəzi məmurlar arasında, elə adi vətəndaşlardan da arvadı erməni olanlar var. Görəsən, onlar artıq müəyyən ediblərmi ki, Azərbaycanla Ermənistan arasında yaranmış Qarabağ məsələsinndə kimə qarşı vuruşacaqlar və ya vuruşublar? Bəlkə də, vuruşublar. Özü də bizə qarşı. Yoxsa, biz niyə müharibəni uduzduq? Bax, bu suala 17 ildir konkret cavab verən yoxdur.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi