Modern.az

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   

20 Fevral 2018, 16:29

Bayıldakı sürüşmə zonasında köçürülən sakinlərə kirayə haqqı ödənilməyə başlayıb.

Bu barədə Modern.az-a ərazidə mənzil sahibi olan jurnalist Elməddin Muradlı məlumat verib.

E.Muradlının sözlərinə görə, bu barədə ona Mənzil İstismar Sahəsindən (MİS) məlumat verilib:

“Bizə dedilər ki, gedib Kapital Bankdan kartı götürə bilrəsiniz. Prosesə sabahdan başlanılacaq. Amma kirayə haqqının məbləği, neçə aylıq ödənişin ediləcəyi barədə heç nə deyilməyib”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov fevralın 19-da sakinlərlə görüşündə ilkin mərhələdə 67 ailəyə kirayə haqqı ödəniləcəyini açıqlayıb.  Başçı bildirib ki, kirayə haqqının aşağı məbləği 260 manatdır.

 

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək