Nigeriyada qızların oxuduğu məktəbə silahlı basqın olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı basqın “Boko Haram” terror təşkilatı tərəfindən törədilib. 94 qız şagirddən hələ də xəbər yoxdur. Şagirdlərin axtarışlarına başlanılıb. Yobe əyalətinin təhsil şöbəsinin də axtarış işləri üçün bölgəyə getdiyi açıqlanıb.