ABŞ-ın Çernoqoriyanın Podqoritsa şəhərində yerləşən səfirliyinin binasına hücum olunub.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir kiŞ naməlum şəxs ABŞ-ın Çernoqoriyadakı səfirliyinə əl qumbarası atıb.
Daha sonra isə özünü partladıb. Ölənlər barəsində məlumat verilmir. Hələki yalnız, özünü partladan terrorçunun öldüyü məlumdur.
Agentliyin fotoqrafı ABŞ səfirliyinin və Çernoqoriya Milli Təhlükəsizlik Agentliyinin də daxil olduğu böyük bir ərazinin mühasirəyə alındığını və əraziyə heç kimin buraxılmadığını bildirib. Onun müşahidələrinə görə binada nəzərə çarpan zərər müşahidə edilməyib.
Hadisə ilə bağlı ABŞ səfirliyi Amerika vətəndaşlarının səfirliyin ərazisindən kənar durmağı məsləhət görən elan verib.
Əvəz ZEYNALOV