Səfər çərçivəsində Anatoli Serdyukovun Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ilə danışıqları nəzərdə tutulub.
Rusiya mənbələrin məlumatına əsasən, Bakıdakı ikitərəfli danışıqlar zamanı iki ölkənin silahlı qüvvələrinin inkişafı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivi, o cümlədən, Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən icarə müddətinin uzadılması kimi məsələlər müzakirə mövzusu olacaq.
Səfərin iyulun 26-na dək davam edəcəyi gözlənilir.
Modern.az