Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Bakıya gələcək. Türkiyə rəsmi dairələrinin yaydığı məlumata görə, səfər iyulun 27-də gerçəkləşəcək.
Bu, 12 iyun seçkilərindən sonra R.T.Ərdoğanın ikinci xarici səfəridir. Birinci səfər Şimali Kipr Türk Respublikasına olub.
Azərbaycana səfəri zamanı R.T.Ərdoğan prezident İlham Əliyevlə görüşəcək.
Modern.az