Bakıda səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimindən sonra onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub.
AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanla Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirilib. İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulanıb.
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Modern.az